Bank Of Baku

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun əsgərinin ermənilər tərəfindən əsir götürülməsi faktı ilə bağlı araşdırma aparır

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun əsgərinin ermənilər tərəfindən əsir götürülməsi faktı ilə bağlı araşdırma aparır
# 18 aprel 2008 08:23 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Müdafiə Nazirliyi Azərbaycan Ordusunun əsgəri, Qobustan rayonu Xilmilli kənd sakini, 1989-cu il təvəllüdlü Heybətov Vüsal Şiraslan oğlunun aprelin 11-də Ağdam rayonu istiqamətində Ermənistan tərəfindən əsir götürülməsi faktı ilə bağlı araşdırma aparır. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. Eldar Sabiroğlu deyib ki, əsgərin Ermənistan tərəfindən hansı şəraitdə əsir götürülməsi faktı aydınlaşandan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Vüsal Heybətovun Ermənistan tərəfindən əsir götürülməsi faktını təsdiqləyib. Dövlət Komissiyası əsirin geri qaytarılması barədə mövqeyini Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR