Bank Of Baku

ABŞ prezidenti 1915-ci il hadisələri ilə bağlı ənənəvi müraciətində “ erməni soyqırımı” ifadəsini işlətməyib

ABŞ prezidenti 1915-ci il hadisələri ilə bağlı ənənəvi müraciətində “ erməni soyqırımı” ifadəsini işlətməyib
# 25 aprel 2008 07:18 (UTC +04:00)
O, Ermənistan və Türkiyə vətəndaşlarının münasibətlərin normallaşması, bu faciəvi hadisələr açıq şəkildə qarşılıqlı qiymət verilməsi istiqamətində atdığı addımları və birgə səyləri alqışlayaraq bildirib ki, ABŞ İrəvanla Ankara arasında münasibətlərin normallaşmasına ümid edir. 1915-ci ildə baş verən hadisələri “böyük insan faciəsi” kimi dəyərləndirən Corc Buş sülhün əldə olunması üçün səylərin ikiqat artırılmasını vacib sayıb. ABŞ prezidenti həmçinin ölkənin Ermənistanla ümumi dəyərlər əsasında ciddi münasibətlərə can atdığını deyib: “Biz Ermənistan hökumətini demokratiyanın inkişafı istiqamətində cəsarətli addımlar atmağa çağırırıq. Bu istiqamətdə rəsmi İrəvanın səylərini dəstəkləyəcəyik”. ABŞ prezidenti həmçinin ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ədalətli vasitəçi olmağa hazır olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR