Bank Of Baku

Araz Əzimov: “Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Strasburq görüşü tanışlıq xarakteri daşıyacaq”

Araz Əzimov: “Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Strasburq görüşü tanışlıq xarakteri daşıyacaq”
# 26 aprel 2008 10:56 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu bu gün xarici işlər nazirin müavini Araz Əzimov bildirib. O deyib ki, nazirlərin Strasburq görüşü tanışlıq xarakteri daşıyacaq. A. Əzimov bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, işğal olunan ərazilər boşalmalı, Dağlıq Qarabağ regionu Azərbaycan sərhədləri çərçivəsində bütün əhalinin iştirakı ilə özünü idarə etməlidir. Yalnız belə şərait yaranacağı təqdirdə Azərbaycan Ermənistanla normal əlaqələri bərpa etməyə hazır olacaq. Nazir müavini qeyd edib ki, Azərbaycan öz ərazisinin bütövlüyünü təmin etmək üçün addımlar atır, başqa ölkənin ərazisinə göz dikmir. Onun sözlərinə görə, güc faktoru və gücün tətbiqi müxtəlif məsələlərdir: “Azərbaycan bütün sahələrdə inkişaf edir, bu inkişaf özü-özlüyündə güc faktorudur. Ölkənin siyasi, iqtisadi, müdafiə gücü, ümumilikdə bütün dövlətin potensialı artır, bu da müzakirələrə təsir göstərən faktordur. Lakin beynəlxalq hüquqda gücün tətbiq edilməsi və edilməməsi faktoru var. Orada müvafiq çərçivələr var. Düzdür, gücün tətbiqi müsbət qarşılanmır. Dövlətlər öhdəlik götürüblər ki, güc tətbiq etməsinlər. Başqa bir tərəfdən BMT-nin Nizamnaməsinə görə, hər bir dövlətin özünümüdafiə haqqı var”.
Ermənistanda qondarma “soyqırım günü”ndə Azərbaycan və Türkiyə bayraqlarının tapdalanması və yandırılmasına münasibət bildirən Araz Əzimov bunu vəhşilik adlandırıb: “Heç kim Azərbaycanda erməni bayrağının tapdalanmasının şahidi ola bilməz. Siz heç belə hal görmüsünüzmü? Bu bir daha sübut edir ki, Azərbaycan tolerant ölkədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR