Bank Of Baku

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında Zori Balayan üçün mərmərdən villa tikiblər

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında Zori Balayan üçün mərmərdən villa tikiblər
# 29 aprel 2008 15:55 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, Xocavənd rayonunun Qarakənd kəndində inşa olunmuş villanın tikintisində işğal altındakı ərazilərdə olan, azərbaycanlıların dəfn edildiyi qəbiristanlıqlarda məzarların üstündəki mərmərlərdən istifadə olunub. Villa bütünlüklə mərmərdən tikilib. Ermənilər məzarların üstündən sökdükləri mərmərlərdən digər tikintilərdə də istifadə edirlər.
Təmas xəttində yanğınlarla bağlı keçirilən monitorinqlərdə iştirak etmiş Ağdam rayon Ekologiya və Təbii Sərvətlər şöbəsinin sektor müdiri Zabil Bağırov APA-nın yerli bürosuna bildirib ki, işğal altındakı ərazilərdə yaşayış evləri, sosial obyektlər, qəbiristanlıqlar, mədəni-tarixi abidələr ermənilər tərəfindən, həqiqətən də dağıdılır. Onun sözlərinə görə, tikililərdən sökülən materiallar işğal olunmuş ərazilərdən İrana aparılır: “Özümüz Xankəndində 30-dək iritutumlu yük maşını gördük. Maşınların sahibləri Azərbaycan dilində danışan iranlılar idi. Onların sözlərinə görə, binaları özləri seçir, pulunu ödəyir, sökərək materiallarını aparırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR