Bank Of Baku

Uqandada avtobus aşıb, 20 məktəbli ölüb

Uqandada avtobus aşıb, 20 məktəbli ölüb
# 17 iyul 2026 12:56 (UTC +04:00)

Uqandanın şərqində məktəb avtobusunun qəzaya uğraması nəticəsində 20 məktəbli ölüb.

“The Independent” nəşrinin polisə istinadən verdiyi məlumata görə, qəza məktəblilər ekskursiyadan paytaxt Kampala şəhərinə qayıdarkən baş verib.

İlkin məlumata əsasən, sürücü idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq yol kənarındakı böyük qayaya çırpılıb və aşıb.

Uqanda polisinin nümayəndəsi bildirib ki, indiyədək 21 nəfərin ölümü təsdiqlənib.

"Hazırda 21 nəfərin öldüyü təsdiqlənib. Onlardan 20-si məktəbli, biri isə böyük şəxsdir", – polis nümayəndəsi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR