Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 30 aprel 2008 07:38 (UTC +04:00)
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 29-da saat 19.10-dan 19.20-dək Ermənistanın İcevan rayonu Berkaber kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu sahəsində yerləşən mövqelərini, saat 14.30-dan 14.35-dək və saat 14.35-dən 14.45-dək ara-sıra Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 14.10-dan 14.25-dək, saat 20.30-dan 20.35-dək və aprelin 30-u saat 01.30-dan 01.50-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kurapatkino kəndində yerləşən mövqelərindən, aprelin 30-u saat 02.14-dən 02.24-dək Füzuli rayonunun Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 01.45-dən 02.20-dək Tərtər rayoununun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR