Bank Of Baku

Elmar Məmmədyarov: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı müzakirələr apardıq”

Elmar Məmmədyarov: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı müzakirələr apardıq”
# 06 may 2008 21:35 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Metyu Brayza (ABŞ) və Yuri Merzlyakov (Rusiya), ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak ediblər. Ermənistanın xarici işlər naziri yeni təyin olunduğu üçün görüş daha çox tanışlıq xarakteri daşıyıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov daha çox tanışlıq xarakteri daşıyan görüşü konstruktiv adlandırıb. O, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı müzakirə apardıqlarını deyib. Nazir söyləyib ki, prezidentlərin görüşünə dair bir neçə variant var: “İyunda da görüşün baş tutması məsələsi müzakirə olunur. Amma biz görüşümüz barədə prezidentlərə hesabat verəcəyik. Görüş barədə qərarı isə təbii ki, prezidentlər özləri qəbul edəcəklər”. XİN başçılarının növbəti görüşünün prezidentlərin bu görüş barədə reaksiyalarından asılı olacağını deyən E. Məmmədyarov bildirib ki, əgər ölkə başçıları özlərinin görüşünə qədər bir daha onların görüşünü lazım bilsələr, bu görüş olacaq. E. Məmmədyarov qeyd edib ki, danışıqları davam etdirmək üçün həm iradə, həm də imkanlar var: “Biz iki qonşu ölkələrik, hərəmiz bir yerə qaça bilmərik və həll yolları tapıb vəziyyətdən çıxmalıyıq”.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da görüşü konstruktiv adlandırıb və tanışlıq xarakteri daşıdığını deyib: “Biz tərəflərin mövqeyini bir daha səsləndirdik. Ən başlıcası isə danışıqların davam etdirilməsi barədə razılığa gəldik. Ümumilikdə mən çox optimistəm. Yalnız bugünkü görüşlə bağlı deyil, biz iki qonşu xalqıq və birlikdə sülh şəraitində yaşamalıyıq. Hesab edirəm ki, ölkələrimiz arasında yaranmış problemin həlli yollarını tapa bilərik”.
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov da görüşdən məmnun olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR