Bank Of Baku

Ermənilər atəşkəs rejimini növbəti dəfə pozublar

Ermənilər atəşkəs rejimini növbəti dəfə pozublar
# 07 may 2008 08:22 (UTC +04:00)
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən saat 13.50-dən 14.00-dək Ağdam rayonunun Mərzili sahəsində yerləşən mövqelərindən, saat 14.00-dan 17.10-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.10-dan 23.35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, mayın 7-də saat 01.00-dan 01.15-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR