Bank Of Baku

Rusiya Bayraqşünaslıq və Heraldika Mərkəzinin rəsmi saytında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistan ərazisi kimi göstərilib

Rusiya Bayraqşünaslıq və Heraldika Mərkəzinin rəsmi saytında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistan ərazisi kimi göstərilib
# 08 may 2008 10:20 (UTC +04:00)
APA-nın məlumatına görə, Dağlıq Qarabağın adının qarşısında mötərizədə “Azərbaycan” sözü yazılsa da, bölgə ilə bağlı mətndə bildirilir ki, bu ərazi “etnik erməni dövlətidir. BMT rəsmi olaraq Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. Lakin nəzərə alsaq ki, Dağlıq Qarabağ Respublikası etnik erməni dövlətidir və onun dövlət simvolları erməni köklərinə malikdir. Buna görə də biz Dağlıq Qarabağ barədə informasiyanı saytımızın Ermənistan rubrikasına yerləşdirmək qərarına gəlmişik”. Sayt müəllifləri Dağlıq Qarabağ haqqında məlumatın “Ermənistan” bölməsində yerləşdirilməsini həmçinin ərazidə hazırda ermənilərin məskunlaşması ilə əsaslandırmağa çalışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR