Bank Of Baku

Nizami Bəhmənov: “Sülh danışıqları aparıla-aparıla 25 minə yaxın erməni Laçında məskunlaşdırılıb”

Nizami Bəhmənov: “Sülh danışıqları aparıla-aparıla 25 minə yaxın erməni Laçında məskunlaşdırılıb”
# 08 may 2008 10:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “ATƏT-in Minsk Qrupunun həmsədrləri bu qurumu özəlləşdiriblər. Nə qrupun digər üzvləri ilə görüşür, nə də vəziyyət barədə hesabat verirlər. BMT Baş Assambleyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamənin qəbulu zamanı da onların mövqeyi bəlli oldu”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Nizami Bəhmənov deyib. O bildirib ki, sülh danışıqları aparıla-aparıla 25 minə yaxın erməni Laçında məskunlaşdırılıb: “Kəlbəcərdə də bu proses gedir. Təəssüf ki, bütün bunlar bölgəyə səfər edən həmsədrlərin gözləri qarşısında davam etdirilir”. N. Bəhmənov Azərbaycan hökumətinin və Dağlıq Qarabağın azərbaycanlı icmasının məsələ ilə bağlı mövqeyinin aydın olduğunu söyləyib: “Prezident İlham Əliyev bəyan edib ki, danışıqlar bu şəkildə aparıla bilməz, Azərbaycan hərb yolu ilə torpaqlarını işğaldan azad edəcək. Hər halda proseslər buna aparır. Çünki danışıqlar beynəlxalq təşkilatların mövqesizliyi və beynəlxalq prinsiplərə zidd bəyanatları ilə Ermənistanın mövqeyinə xidmət edir. Əvvəl-axır Azərbaycan əli silah tutan insanları ilə ərazilərini azad etmək məcburiyyətində qalacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR