Bank Of Baku

“Xocalıya ədalət, Qarabağa azadlıq” adı altında keçiriləcək beynəlxalq kampaniyanın açılış mərasimi olub

“Xocalıya ədalət, Qarabağa azadlıq” adı altında keçiriləcək beynəlxalq kampaniyanın açılış mərasimi olub
# 08 may 2008 13:30 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Bu gün İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət, Qarabağa azadlıq” adı altında keçiriləcək beynəlxalq kampaniyanın açılış mərasimi olub. APA-nın məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyinin iştirakı ilə keçiriləcək kampaniyada məqsəd dünya ictimaiyyətinin diqqətini erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdiyi insanlığa zidd əməllərə cəlb edilməsi, bu faciələrə beynəlxalq siyasi-hüquqi qiymətin verilməsidir. İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov bildirib ki, kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrinin gəncləri, sosial-mədəni sahənin fəalları, hüquq müdafiəçiləri tərəfindən kreativ və orijinal üslubda fotoşəkillər çəkilərək İKT GF tərəfindən yaradılacaq sayta yerləşdiriləcək. Sonda tədbir iştirakçıları birgə fəaliyyət Memorandumu imzalayıblar.
Qeyd edək ki, bu məsələ təşəbbüsə dəstək məqsədilə İKT hökumətlərarası ekspert qrupunun mayın 16-17-də İstanbulda keçiriləcək iclasının gündəliyinə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR