Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri işğal altındakı Azərbaycan torpaqlarında yenidən yanğınlar törətməyə başlayıb

Ermənistan Silahlı Qüvvələri işğal altındakı Azərbaycan torpaqlarında yenidən yanğınlar törətməyə başlayıb
# 12 may 2008 08:56 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, ötən gün saat 12.00 radələrində erməni hərbçiləri Ağdamın işğal olunmuş Baş Qərvənd kəndinin ərazilərinə od vurub. Qısa müddətdə alov geniş yayılıb. Ətrafı bürüyən qatı tüstü ətrafdakı yaşayış məntəqələrindən də açıq-aydın müşahidə olunub. Ehtimala görə, ermənilər yanğını ərazidə çoxalan ilanlara qarşı mübarizə məqsədi ilə törədirlər. Belə ki, həmin kəndin ətrafındakı sahələrdə zəhərli ilanlar xeyli artıb. Hətta erməni əsgərləri arasında ilanvurma faktlarının olduğu da bildirilir. Təkcə son iki həftə ərzində qoşunlarının təmas xəttinin Azərbaycan tərəfində iki mülki şəxsi ilan vurub. Həmin faktlardan biri ermənilərin ötən gün yağınlar törətdiyi istiqamətdə yerləşən qəbiristanlıqda, digəri isə Baş Qərvənd kəndinin şimal-şərqində yerləşən otlaq sahəsində qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR