Bank Of Baku

Azərbaycan dövlət başçısının Ermənistanın yeni prezidenti ilə ilk görüşü iyun ayında keçiriləcək

Azərbaycan dövlət başçısının Ermənistanın yeni prezidenti ilə ilk görüşü iyun ayında keçiriləcək
# 12 may 2008 09:37 (UTC +04:00)
Erməni həmkarı Edvard Nalbandyanla Strasburqda keçirdiyi görüşün nəticələri barədə danışan nazir bunun ilk görüş olduğunu və tanışlıq xarakteri daşıdığını deyib: “Belə qərara gəldik ki, danışıqları davam etdirməliyik. Artıq prezidentlər səviyyəsində də görüş keçirilməsi barədə razılığa gəlmişik. Çox güman ki, bu görüş iyun ayında baş tutacaq. Azərbaycan tərəfi üçün Ermənistanın yeni hakimiyyəti ilə görüşmək çox vacibdir. Biz bilməliyik ki, onlar sülh danışıqlarına hazırdırlar, yoxsa yox...”.
Qeyd edək ki, iyunun 6-8-də Sankt-Peterburqda 12-ci Beynəlxalq Enerji Forumu və MDB-nin qeyri-formal sammiti keçiriləcək. Azərbaycan və Ermənistan prezidentlərinin ilk görüşünün də həmin tədbirlər çərçivəsində keçiriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR