Bank Of Baku

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 14 il ötür

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 14 il ötür
# 12 may 2008 09:58 (UTC +04:00)
Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb. Atəşkəsin imzalanmasına qədər 1993-cü ilin dekabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində uğurlu hücum əməliyyatları keçirməyə nail olub. Cəbhə xəttinin cənub istiqamətində hücum edən Azərbaycan Silahlı Qüvvələri Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsini azad edib. Lakin Azərbaycan Ordusunun 1994-cü ilin fevral-mart aylarında Ağdam-Tərtər istiqamətində hücumları istənilən nəticəni verməyib. Ermənistan ordusu özünün bütün ehtiyat qüvvələrini cəbhənin adıçəkilən istiqamətinə və şimalına yönəltməklə, Azərbaycan Ordusunun hücumunu dayandırmağa müvəffəq olub. Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında Ağdam və Tərtər istiqamətində həyata keçirdiyi hava dəstəyi nəticəsində Ermənistan ordusunun əsas ehtiyat qüvvələri məhv edilib. Məhz bundan sonra Rusiyanın işə qarışması ilə atəşkəsin imzalanmasına dair danışıqlara start verilib. Atəşkəsdən sonra cəbhə xəttində “nə hərb, nə sülh” şəraiti mövcuddur. Bu dövr ərzində müxtəlif məlumatlara görə, 5 mindən artıq Azərbaycan hərbçisi cəbhə xəttində düşmən gülləsi, mina partlayışları, qar uçqunu və digər səbəblərdən həlak olub.
Hər il Ermənistan ordusu tərəfindən cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimi demək olar ki, 200 dəfədən artıq pozulur. APA-nın apardığı monitorinqlərin nəticələrinə görə, atəşkəs rejimi 2006-cı ildə 220, 2007-ci il ərzində isə 575 dəfə pozulub. Təkcə cari ilin yanvar-aprel aylarında atəşkəs rejimi indiyədək rekord sayda - 233 dəfə pozulub. Atəşkəsin pozulma statistikasına görə, ilk yerləri Ağdam, Tərtər və Füzuli rayonları tutur. Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Alxanlı, Ağdamın Yusifcanlı, Tərtər rayonunun Qapanlı, Göyarx, Borsunlu, Goranboyun Tap Qaraqoyunlu kəndləri düşmən gülləsinə ən çox məruz qalan təhlükəli kəndlər hesab olunur. Ermənilər eyni zamanda Ermənistan-Azərbaycan dövlət sərhədində Tovuz, Gədəbəy və Qazax rayonları istiqamətlərində də tez-tez provokasiyalar törətməyə çalışırlar.
Ötən 14 il ərzində cəbhə xəttində basdırılmış minaların və partlamamış hərbi sursatların partlaması nəticəsində 2 mindən çox vətəndaş zərər çəkib. Təxmini hesablamalara görə, işğal altındakı ərazilərin təqribən 4-6%-i minalanıb. Həmin ərazilərin təmizlənməsi üçün 10-12 il və 600 mln. dollardan artıq vəsait lazımdır.
Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə apardığı hesablamalara görə, müharibə və erməni işğalı nəticəsində Azərbaycana 80 mlrd. ABŞ dollarına yaxın ziyan dəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR