Bank Of Baku

Elmar Məmmədyarov: “Azərbaycan əraziləri sonuncu santimetrinədək işğaldan azad olunana kimi Ermənistanla danışıqlar davam etdiriləcək”

Elmar Məmmədyarov: “Azərbaycan əraziləri sonuncu santimetrinədək işğaldan azad olunana kimi Ermənistanla danışıqlar davam etdiriləcək”
# 12 may 2008 16:57 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün bazanın olub-olmaması barədə sualı cavablandırarkən deyib. Danışıqlar üçün bazanın həmişə olduğunu söyləyən nazir bildirib ki, nə qədər qaçqın və köçkünlər doğma yurd-yuvalarına qayıtmayıblar, danışıqlar davam etdiriləcək. E. Məmmədyarovun sözlərinə görə, NATO-nun Buxarestdə sammiti çərçivəsində prezidentlər o səbəbdən görüşə bilməyiblər ki, Ermənistan prezidenti hələ vəzifəsinin icrasına başlamayıb. Prezidentlərin görüşünün nə vaxt və yarada keçiriləcəyinə gəlincə, nazir deyib ki, bir neçə variant üzərində müzakirələr aparılır: “Bu variantlar içərisində Sankt-Peterburqda keçiriləcək iqtisadi forum çərçivəsində görüşün təşkil olunması da var”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR