Bank Of Baku

Rusiyanın “Azad Səyahətlər Akademiyası” ictimai təşkilatının saytında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi müstəqil dövlət kimi göstərilib

Rusiyanın “Azad Səyahətlər Akademiyası” ictimai təşkilatının saytında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi müstəqil dövlət kimi göstərilib
# 14 may 2008 13:19 (UTC +04:00)
APA-nın məlumatına görə, saytın Dağlıq Qarabağa aid bölməsində qeyd olunur ki, “bu “dövlət” yerli ermənilərin özünümüdafiə hərəkatı nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayəti, Azərbaycan SSR-nin Şaumyan, Getaşen və Xanlar rayonlarının birləşməsi nəticəsində yaranıb”. Saytda həmçinin qeyd olunur ki, erməni separatçıları tərəfindən Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarının, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının isə bir hissəsində yaradılmış “təhlükəsizlik zonaları” Azərbaycan ordusundan döyüş yolu ilə alınıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim APA-ya bildirib ki, nazirlik Azərbaycanın Rusiyadakı səfirliyinə bu məsələni araşdırmaq barədə tapşırıq verəcək. O bildirib ki, işğal altında olan Azərbaycan ərazisinin müstəqil dövlət kimi təqdim olunması yolverilməzdir və Azərbaycan həmin məlumatın saytdan çıxarılmasını tələb edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR