Bank Of Baku

UNİTECH Özbəkistan-Böyük Britaniya birgə müəssisəsi öz saytında Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim edib

UNİTECH Özbəkistan-Böyük Britaniya birgə müəssisəsi öz saytında Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim edib
# 20 may 2008 12:03 (UTC +04:00)
Bakı. Zaur Nurməmmədov - APA. UNITECH Özbəkistan-Böyük Britaniya birgə müəssisəsi öz saytında Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistan ərazisi kimi təqdim edib. APA-nın məlumatına görə, bu şirkət mobil telefon vasitəsilə Dağlıq Qarabağa zəng etməyə imkan verən “Platinium Mobile” Sim kartlarının satışı ilə məşğuldur. Xatırladaq ki, UNITECH birgə müəssisəsinin təsisçiləri Özbəkistan Xarici İqtisadi Əlaqələr, İnvestisiya və Ticarət Nazirliyi, “Ozbektelekom” SC, “Xalqaro Hamkorlik Markazi” SC və Böyük Britaniyanın “Carthill Investments Limited” şirkətidir. Bundan başqa Avropanın BMS sahibkar qrupuna daxil olan Rusiyanın “Texnologiya” MMC şirkəti də Dağlıq Qarabağa zəng vurmaq imkanı verən “SimTravel” sim-kartlarının satışı ilə məşğuldur. Bu şirkətin rəsmi saytında (http://www.simtravel.ru/mobile/tar) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi müstəqil dövlət kimi göstərilib. Bundan başqa öz saytlarında Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim edən daha bir neçə telekommunikasiya şirkəti də aşkarlanıb. Bunlar Rusiyanın “ARKTEL” MMC (http://www.arctel.ru/ru/317), SMARTS (http://www2.astragsm.ru/roaming/internation.php) və ExtellSimâ„¢ (http://www.extell.ru/index.php?p=uslugi&sub=table) şirkətləridir. Ukraynanın da bir neçə mobil rabitə operatoru Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim edib və separatçı qurumla qanunsuz rouminq sazişləri imzalayıb. Bunlar “MTS-Ukraina”, (http://mts1.wws.kiev.ua/rus/prepaid_roaming.php), “Golden Telekom” (http://gsm.goldentele.com/roaming/where.html), UMC (http://umc.ua/light/rus/roaming_partners_all.php?roaming_country=Nagorno%20Karabakh%20Region) и Beeline (http://www.beeline.ua/news/press/article.wbp?articleid=9d466762-a18d-4033-b8d8-a42c1232dd86) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR