Bank Of Baku

Novruz Məmmədov: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilk növbədə tanışlıq xarakteri daşıyacaq” - EKSKLÜZİV

Novruz Məmmədov: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilk növbədə tanışlıq xarakteri daşıyacaq” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 20 may 2008 14:57 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. Şöbə müdirinin sözlərinə görə, prezidentlər bu mövzu ilə bağlı danışıqlar aparmaq üçün ilk dəfə görüşmək istəklərini ortaya qoysalar və bu görüş baş tutsa, burada yalnız və yalnız gələcəkdə danışıqların aparılması üçün müəyyən bazanın yaradılması məqsədi qarşıya qoyulacaq: “Amma Ermənistan rəhbərlərinin xarakterini, xislətini yaxşı bilməyim və Köçəryanın ötən 10 il ərzində atdığı addımlar belə düşünməyə əsas verir ki, Ermənistanın yeni rəhbərliyinin münaqişənin nizamlanmasında tutduğu mövqe elə ilk görüşdən aydın olacaq. İlk görüşdən biləcəyik ki, Ermənistanın yeni rəhbərliyinin münaqişəni konstruktiv danışıqlar yolu ilə həll etmək niyyəti var, yoxsa yox. Problemin konstruktiv həlli üçün doğrudanmı iradə ortaya qoyulacaq, yoxsa Ermənistan yenə də vaxt udmaq və yalnız danışıqları davam etdirmək xatirinə bu addımı atır...”
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR