Bank Of Baku

BQXK nümayəndələri Naxçıvanda saxlanılan Ermənistan vətəndaşları ilə görüşüblər

BQXK nümayəndələri Naxçıvanda saxlanılan Ermənistan vətəndaşları ilə görüşüblər
# 26 may 2008 12:06 (UTC +04:00)
BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı həmin şəxslərin saxlanma şəraiti, fiziki durumları ilə bağlı monitorinq aparılıb. Ermənistan vətəndaşlarına yaxınları ilə məktub mübadiləsi aparmağa şərait yaradılıb. Bu, BQXK nümayəndələrinin adı çəkilən şəxslərlə ilk görüşüdür.
Qeyd edək ki, bir qədər əvvəl Vanik Zmboyan, Artyom Zöhrabyan, Karen Torosyan və Ağası Enokyan Azərbaycan-Ermənistan cəbhə xəttinin Naxçıvan istiqamətində saxlanılıb. Azərbaycan Müdafiə Nazirliyindən onların Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarından ibarət hərbi qrupun üzvləri, Azərbaycan ərazisində təxribat törətmək niyyətində olduqları bildirilib. Hazırda Müdafiə Nazirliyinin sərəncamında olan bu şəxslərin əməlləri ilə bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR