Bank Of Baku

Xəzər İbrahim: “Beynəlxalq təşkilatları cəbhə xəttindəki yanğınlar və digər qeyri-qanuni fəaliyyətlər barədə daim məlumatlandırırıq”

Xəzər İbrahim: “Beynəlxalq təşkilatları cəbhə xəttindəki yanğınlar və digər qeyri-qanuni fəaliyyətlər barədə daim məlumatlandırırıq”
# 27 may 2008 09:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “İşğal olunmuş ərazilərdə qəsdən törədilən yanğınlar və digər qeyri-qanuni fəaliyyətlər barədə diplomatik nümayəndəliklərimiz vasitəsilə beynəlxalq təşkilatları daim məlumatlandırırıq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim son günlər cəbhənin Ağdam istiqamətində baş verən yanğınlara münasibət bildirərkən deyib. O, 2006-cı ildə ATƏT-in xüsusi missiyasının bölgəyə gəldiyini və məruzə hazırlayaraq BMT Baş Assambleyasına təqdim etdiyini, bunun əsasında müvafiq qətnamə qəbul olunduğunu xatırladıb. Diplomatın sözlərinə görə, hesabatda yer almış tövsiyələrin bəziləri yerinə yetirilib, bəziləri isə yox: “Biz bu məsələni diqqət mərkəzində saxlayırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR