Bank Of Baku

Andrey Nesterenko: “Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi dəyişməzdir”

Andrey Nesterenko: “Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi dəyişməzdir”
# 27 may 2008 10:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan mayın 29-dan iyunun 1-nə kimi Rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvada işgüzar səfərdə olacaq. APA-nın “RİA Novosti” agentliyinə istinadən məlumatına görə, səfəri şərh edən XİN rəsmisi Andrey Nesterenko deyib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hazırkı vəziyyət də müzakirə olunacaq. Rusiyanın bu münaqişəyə münasibətini açıqlayan XİN rəsmisi deyib ki, Rusiyanın prinsipial mövqeyi dəyişilməzdir: “Biz gələcəkdə də tərəflərə qarşılıqlı səmərəli qərar tapmaq üçün yardım etməyə hazırıq. Biz ona əsaslanırıq ki, nizamlanmanın yekun formulunun seçimini görə məsuliyyət tərəflərin üzərindədir. Rusiya münaqişəyə cəlb olunmuş tərəfləri qane edəcək varianta dəstək verməyə, kompromis razılaşma əldə olunduğu halda isə nizamlanmanın qarantı kimi çıxış etməyə hazırdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR