Azərbaycan nümayəndə heyəti Brüsseldə dinlərarası konfransda iştirak edir - FOTO

Azərbaycan nümayəndə heyəti Brüsseldə dinlərarası konfransda iştirak edir - FOTO
# 06 mart 2025 18:01 (UTC +04:00)

Belçikanın Brüssel şəhərində "İslam dünyası 2025 Belçika krallığında və Avropada" dinlərarası beynəlxalq konfransı başlayıb.

APA xəbər verir ki, konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə rəhbərlik edir.

Konfrans çərçivəsində mart ayının 6-da Avropa İttifaqı Parlamentinin üzvü, Asiya ölkələri ilə qrupun rəhbəri ilə Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib, mədəniyyətlərarası, dinlərarası dialoqun vacibliyi, tolerantlılıq prinsipinə uyğun olaraq birgə yaşayışın aspektləri vurğulanıb.

Şeyxülislam Avropa parlamentinin deputatı Volter Bekenin simasında bütün Avropa Parlamentinin deputatlarını işğaldan azad edilmiş ərazilərə dəvət edib, 30 il ərzində bu ərazilərdə ermənilər tərəfindən törədilmiş vandallıqları gəlib gözləri ilə görməyi tövsiyyə edib.

Görüşdə həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatları Cavanşir Paşazadə və Qüdrət Həsənquliyev çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR