Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri artıb
# 09 iyun 2014 07:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin may ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 2,4%, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 2,7% artıb, emal sənayesi üzrə istehsalçı qiymətləri isə eyni səviyyədə qalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin may ayında mədənçıxarma sənayesi bölməsində xam neft və təbii qaz hasilatı üzrə isə istehsalçı qiymətləri 2,7% bahalaşıb, metal filizlərinin hasilatı üzrə 2,3%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 0,1% ucuzlaşıb.

May ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri qida məhsullarının istehsalı üzrə 1,9%, kağız və karton istehsalı üzrə 1,7%, kimya sənayesi üzrə 0,5%, neft məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 0,1% ucuzlaşıb, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 11,5%, elektrik avadanlıqlarının istehsalı üzrə 4,0%, metallurgiya sənayesi üzrə 1,3%, içki istehsalı üzrə 1,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,0%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,9%, tikinti məmulatlarının istehsalı və mebel istehsalı üzrə 0,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,4%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə istehsalçı qiymətləri 0,1% bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR