Azərbaycan prezidenti Serbiya baş nazirinin müavinini qəbul edib - VİDEO

Azərbaycan prezidenti Serbiya baş nazirinin müavinini qəbul edib - <span style="color: red;">VİDEO
# 28 sentyabr 2015 13:47 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Serbiya arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayaraq siyasi əlaqələrimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev iqtisadi sahədə də artıq yaxşı nəticələrin əldə edildiyini bildirib, Bakıda keçirilən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının səmərəli olacağına və gələcək əməkdaşlığımızın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu qeyd edib.

R. Ljajic isə ölkəsi ilə Azərbaycan arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini və bu sahədə həll edilməmiş hər hansı bir məsələnin olmadığını vurğulayıb. Qonaq bildirib ki, Serbiya tərəfi iqtisadi sahədə də əməkdaşlığımızı inkişaf etdirmək və ölkələrimizin iş adamları arasında yaxşı əlaqələr yaratmaqda maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR