Gəncədə DSK-nın yeni binasının açılışı olub - FOTO - VİDEO

Gəncədə DSK-nın yeni binasının açılışı olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 05 oktyabr 2013 11:31 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərinin mərkəzində yerləşən qədim tarixi bina əsaslı şəkildə yenidən qurulduqdan sonra 40 saylı Kəpəz (Gəncə) İkinci Seçki Dairə Komissiyasının (DSK) istifadəsinə verilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, binanın açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Mərkəzi Seçki komissiyasının (MSK) katibi Mikayıl Rəhimov və şəhər ictimaiyyətininnümayəndələri iştirak edib.

Çıxış edənlər son illər ölkədə seçki sisteminin təkmilləşdirilməsi, DSK-lar üçün müasir standartlara cavab verən iş şəraitinin yaradılması üçün həyata keçirilən tədbirlərdən danışıblar. Bildirilib ki, istifadəyə verilən yeni binada fəaliyyət göstərəcək DSK müasir informasiya texnologiyaları ilə təmin olunub və MSK-nın elektron sisteminə qoşulub. Burada geniş iclas və təlim zalları, monitorinq müşahidəsi, habelə komissiya üzvləri və katiblər üçün xidməti otaqlar var, arxiv və rabitə-internet şəbəkəsi fəaliyyət göstərir,bBeynəlxalq və yerli müşahidəçilər üçün normal iş şəraiti yaradılıb.

DSK ən müasir rabitə avadanlıqları ilə təmin olunub. Dairə 30 məntəqəni əhatə edir. Seçki günü səsvermədə iştirak edəcək 42 854 seçici qeydiyyata götürülüb. Onlardan 728 nəfəri ilk dəfə səs verəcək, 560 nəfər isə 80-100 arası yaşı olan seçicilərdir. Dairənin əhatə etdiyi 11 məntəqədə veb-kamera quraşdırılıb. Bütün seçki məntəqələrində tanınma lövhələri vurulub, seçkiqabağı təşviqatın aparılması ilə bağlı əlavə olaraq təşviqat lövhələri asılıb. Komissiya üzvlərinin hər birinə Seçki Məcəlləsinin yeni nəşri, müvafiq təlimatlar və seçki prosesi ilə bağlı təqvim planı verilib.

Açılış mərasimindən sonra iştirakçılar DSK-da yaradılmış iş şəraiti ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR