“DəmirBank” Western Union üzrə yeni aksiyaya başlayıb

“DəmirBank” Western Union üzrə yeni aksiyaya başlayıb
# 18 aprel 2014 08:35 (UTC +04:00)

Bakı - APA-Economics. “DəmirBank” Western Union pul köçürmə sistemi üzrə müştərilərə yeni aksiya təqdim edir.

Bankdan “APA-Economic”ə verilən məlumata görə, aksiya çərçivəsində MDB ölkələrinə və Gürcüstana 200 ABŞ dollarından başlayaraq pul göndərən müştərilər cəmi 1% komissiya haqqı ödəməli olacaq.

Western Union sistemi ilə göndərilən pul vəsaiti 5 və ya 15 dəqiqə sonra alına bilər. Pul köçürmə sistemi müdafiə mexanizminə malikdir.

DəmirBank-ın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN/USD/EUR və ya 60 000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

Ölkənin ilk kommersiya bankı olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb.

Bank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR