İran müxalifətinin liderinin qızı: «Musəvinin prezident seçkiləri ilə bağlı tərəfdarlarına yol göstərə biləcəyindən qorxurlar»

İran müxalifətinin liderinin qızı: «Musəvinin prezident seçkiləri ilə bağlı tərəfdarlarına yol göstərə biləcəyindən qorxurlar»
# 13 aprel 2013 15:12 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İki ildən çoxdur ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri Mirhüseyn Musəviyə görüş icazəsi verilib. APA-nın «Radiofərda»ya istinadən məlumatına görə, M.Musəvi qaynanası ilə görüşüb. Aprelin 9-da keçirilmiş görüşdə həyat yoldaşı Zəhra Rəhnəvərd də iştirak edib.

M.Musəvinin qızı Nərgiz Musəvi aprelin 11-də «Kələmə» saytına açıqlamasında bildirib ki, ata-anası ilə 20 gün əvvəl bir saatlıq görüş keçirilib: «Həmin gündən sonra onlardan heç bir xəbər almamışdıq. Əvvəllər atamla anam yaxınları ilə telefonla əlaqə saxlaya bilirdi. Ancaq 20 günlük müddət ərzində onlar heç kimlə telefonla danışa bilməyiblər. Bunun səbəbi İranda prezident seçkilərinin yaxınlaşmasıdır. Onlar qorxurlar ki, M.Musəvi içəridən bayıra nə isə ötürə bilər və tərəfdarlarına növbəti seçkilərlə bağlı yol göstərə bilər». O, ata-anasının təhlükəsizliyindən də narahat olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR