Bakı sakininin mənzilindən külli miqdarda pul oğurlanıb

Bakı sakininin mənzilindən külli miqdarda pul oğurlanıb
# 13 oktyabr 2014 10:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda oğurluq hadisəsi baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 10-da Gəncə prospektində yaşayan 1938-ci il təvəllüdlü Viktor Məmmədovun evindən şaxtadan keçməklə 10 min manat pul və evin sənədləri oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Seyran Rəhimov yaxalanıb və ondan 12 qramdan artıq marixuana götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR