«ABB-Moskva» bankının aktivləri 24% artıb

«ABB-Moskva» bankının aktivləri 24% artıb
# 24 iyul 2013 13:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə qurumu olan «ABB-Moskva» bankının 2013-cü il iyulun 1-nə aktivlərinin həcmi 30 857 mln. rubl (740,6 mln. manat) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 24% çoxdur. Azərbaycan Beynəlxalq Bankından «APA-Economics»ə verilən məlumata görə, bankın məcmu kapitalı 24% artaraq 2 622 mln. rubla (62,9 mln. manat) çatıb.

Bu ilin yanvar-iyun ayları ərzində bankı ümumi gəlirləri 23% artaraq 1 653,2 mln. rubla (36,7 mln. manat) çatıb. Eyni zamanda, bankın faiz gəlirləri 545,2 mln. rubl (13,1 mln. manat), qeyri-faiz gəlirləri 155,2 mln. rubl (3,7 mln. manat) təşkil edib.

Qeyd edək ki, bu ilin ilk yarısında «ABB-Moskva» tərəfindən 3 mlrd. rubl (72 mln. manat) həcmində istiqraz buraxılışı yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR