İsrailin Livan ərazisindən raket atəşinə tutulması nəticəsində 4 nəfər zərər çəkib

İsrailin Livan ərazisindən raket atəşinə tutulması nəticəsində 4 nəfər zərər çəkib
# 22 avqust 2013 19:31 (UTC +04:00)

Bakı-APA. Livanın ərazisindən İsrailə endirilmiş raket zərbələri nəticəsində 4 nəfər dinc sakin xəstəxanaya yerləşdirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin Xilasetmə Xidmətinin açıqlamasında bildirilir. Zərər çəkmiş şəxslərdən üçünün dərin psixoloji şok keçirdiyi bildirilir. Daha bir yeniyetmə qızın isə hava həyəcanı səsləndikdən sonra sığınacağa qaçarkən yıxılıb xəsarət aldığı qeyd olunur.

Yerli telekanalların reportajlarında hadisə yerindəki binaların qəlpə zədələri aldığı əks olunub. Hərbçilərin sözlərinə görə, daha 2 və ya 3 raket İsrail ərazisindən kənarda düşüb.

Qeyd edək ki, İsrail ordusu ərəb KİV-nin İsrailin Livan ərazisinə aviasiya və artilleriya vasitəsilə endirdiyi cavab zərbələri barədə yaydıqları xəbərləri təkzib edib. İsrail ordusunun mətbuat xidmətinin rəhbəri general Yoav Mordehay hadisəni fəsadsız ola biləcək “istisna insident” adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR