Mingəçevirdə 31 yaşlı qadın dəm qazından boğularaq ölüb

Mingəçevirdə 31 yaşlı qadın dəm qazından boğularaq ölüb
# 21 fevral 2014 14:56 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Azərbaycanda dəm qazı daha bir şəxsin ölümünə səbəb olub. APA-nın xəbərinə görə, hadisə ötən gecə Mingəçevir şəhərində qeydə alınıb. Şəhər sakini, 1983-cü il təvəllüdlü Cəfərova Elnurə İntiqam qızı yaşadığı evin vanna otağında dəm qazından boğulub.

Hadisəyə vanna otağında kustar üsulla quraşdırılan su qızdırıcısından ayrılan dəm qazının səbəb olduğu deyilir. 31 yaşlı E. Cəfərovanın iki övladı var.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR