Bakıda yanğın baş verib, biri uşaq olmaqla 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Bakıda yanğın baş verib, biri uşaq olmaqla 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 09 may 2013 17:13 (UTC +04:00)

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda iki mənzil yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər mənzildə iki meyit aşkarlayıblar. Bunlar 2010-cu il təvəllüdlü Əhmədov Rauf Zahid oğlunun və 1949-cu il təvəllüdlü Korolyova Valentina Pavlovnanın meyitləri olub.

Yanğında daha iki nəfər yanıq xəsarəti alıb, bir nəfər isə tüstüdən zəhərlənib.

Yaşayış binasının qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR