«Kapital Bank» ötən il Daşkəsən filialında baş vermiş pozuntulara aydınlıq gətirib

 «Kapital Bank» ötən il Daşkəsən filialında baş vermiş pozuntulara aydınlıq gətirib
# 06 noyabr 2013 09:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC bankın Daşkəsən rayon filialının bir neçə əməkdaşı barədə 2012-ci ildə açılmış cinayət işinin istintaqının yekunlaşması ilə bağlı KİV-də yayılan məlumatlara münasibət bildirilib.

«Kapital Bank»ın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, filialın fəaliyyətində yol verilmiş pozuntu halları 2012-ci ildə burada keçirilmiş yoxlama zamanı «Kapital Bank» ASC-nin auditorları tərəfindən aşkar olunub. Müştərilərin mənafeyini qoruyaraq, ilk növbədə onlara dəymiş zərər ödənilib. Eyni zamanda, vəzifələrindən sui-istifadə etmiş şəxslər barədə hüquqi ölçü götürülməsi məqsədilə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilib.

Mətbuat xidmətindən o da bildirilib ki, «Kapital Bank»da bu cür əməliyyat risklərinin minimuma endirilməsi məqsədilə mütəmadi tədbirlər görülür: «Bu sahədə tətbiq edilən mexanizmlər dünya təcrübəsinə uyğun təkmilləşdirilir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR