Göyçayda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib

Göyçayda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib
# 20 oktyabr 2013 18:50 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Qarabaqqal kənd sakini, 1986-cı il təvəllüdlü İsmayılov Samir Bəylər oğlu 10-KL-788 dövət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını ilə hərəkətdə olarkən qəflətən onun yoluna çıxan piyadanı, həmyerlisi, 1970-ci il təvəllüdlü Qəribov Tələt Ağası oğlunu vurub.

Xəsarət alan Tələt Qəribov Göyçay Mərkəzi rayon Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR