Dəməşqdə minaatanlardan açılan atəş nəticəsində 4 nəfər ölüb

Dəməşqdə minaatanlardan açılan atəş nəticəsində 4 nəfər ölüb
# 29 noyabr 2013 16:15 (UTC +04:00)

Bakı – APA. Suriyanın paytaxtı Dəməşqdə minaatanlardan açılan atəş nəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, minalar Ömeyadlar məscidinin yaxınlığında partlayıb.

Xatırladaq ki, 2011-ci ilin martından başlayaraq Suriyada hökumət və müxalifət arasında silahlı münaqişə davam edir. BMT-nin məlumatına əsasən, bu müddət ərzində ölkədə 100 000 nəfər həlak olub.

Suriya hökuməti xaricdən dəstək alan və silahlandırılan yaraqlılarla üz-üzə qaldığını bəyan edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR