Masallıda 6 otaqlı evdə yanğın baş verib

Masallıda 6 otaqlı evdə yanğın baş verib
# 22 yanvar 2014 02:29 (UTC +04:00)

Bakı-APA. Masallıda yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Masallı şəhəri, Qızılavar kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 70 kv.m sahədə və dam örtüyü 60 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR