Jurnalist Xədicə İsmayıl barəsində seçilən qərar qüvvədə saxlanılıb

Jurnalist Xədicə İsmayıl barəsində seçilən qərar qüvvədə saxlanılıb
# 24 sentyabr 2013 12:05 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Jurnalist Xədicə İsmayıl barəsində seçilən qərar qüvvədə saxlanılıb.

Bu barədə APA-ya X. İsmayılın vəkili Anar Qasımlı məlumat verib. A. Qasımlı qeyd edib ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə X. İsmayılın işi üzrə qərar qəbul edilib. X. İsmayıl barəsində seçilən 220 satlıq icbari əməklə məşğul olması barədə qərar qüvvədə saxlanılıb.

Xatırladaq ki, məhkəməyə Binəqədi rayon Məhkəmə icraçıları tərəfindən X. İsmayıl barəsində seçilən 220 saatlıq icbari əməyə xitam verilməsi barədə müraciət edilib.

Qeyd edək ki, jurnalist Xədicə İsmayıl yanvarın 26-da Bakıda İsmayıllı hadisələrinə dəstək aksiyasında iştirak etdiyinə görə 400 manat məbləğində cərimə edilib. Lakin o, cəriməni ödəməkdən imtina edib. Məhkəmə icraçılarının iddiasına əsasən, iyunun 10-da Binəqədi rayon Məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə Xədicə İsmayıl barəsində 220 saatlıq icbari əməklə məşğul olmaq barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR