ABŞ: "Qoşunlar çıxarıldıqdan sonra Əfqanıstanda daimi bazalara ehtiyac olmayacaq"

ABŞ: "Qoşunlar çıxarıldıqdan sonra Əfqanıstanda daimi bazalara ehtiyac olmayacaq"
# 10 may 2013 00:37 (UTC +04:00)

Bakı-APA. Qoşunlar çıxarıldıqdan sonra ABŞ Əfqanıstanda daimi bazalarının olmasında maraqlı deyil. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Ağ Evin rəsmi nümayəndəsi Cey Karni bildirib.

“2014-cü ildən sonra ABŞ-ın bu ölkədə hər hansı məqsədlə iştirakı - istər yerli kadrların təlimi, istərsə də “Əl Qaidə”nin qalan silahlılarının təqibi məqsədilə - yalnız əfqan hökumətinin dəvəti ilə mümkün olacaq”, deyə Karni qeyd edib.

Dövlət Departamentinin nümayəndəsi Patrik Ventrell də mayın 9-da qeyd edib ki, qoşunlar Əfqanıstandan çıxarıldıqdan sonra amerikalılara orada daimi bazalar saxlamağa lüzum yoxdur.

Qeyd edək ki, Əfqanıstan prezidenti Həmid Kərzay ötən gün bəyan edib ki, ABŞ ölkədə doqquz daimi hərbi bazasının qalmasını tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR