Azərbaycanın müdafiə sənayesi naziri İtaliya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb - FOTO

Azərbaycanın müdafiə sənayesi naziri İtaliya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb - <span style="color: red;">FOTO
# 09 may 2013 14:46 (UTC +04:00)

İstanbul. Rəşad Süleymanov – APA. Türkiyənin İstanbul şəhərində keçirilən İDEF-2013 beynəlxalq müdafiə sərgisi bu gün işini davam etdirib.

APA-nın məlumatına görə, sərgidə təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendi müxtəlif ölkələrdən hərbçilər və firmalar tərəfindən ziyarət olunub. Xarici hərbçilər əsasən Azərbaycan istehsalı olan iri çaplı snayper tüfəngi, əl pulemyotu və xüsusi təyinatlılar üçün nəzərdə tutulan «Gürzə» adlı avtomobilə böyük maraq göstəriblər.

Sərgi çərçivəsində müdafiə sənayesi naziri Yavər Camalov İtaliya Müdafiə Nazirliyinin nümayəndə heyəti, həmçinin Türkiyənin HAVELSAN şirkətinin rəhbərliyi ilə görüşüb.

Azərbaycan MSN nümayəndə heyəti isə xarici ölkələrdən firmaların stendlərinə baş çəkərək burada nümayiş etdirilən yeni məmulatlarla tanış olub, əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Nazir Yavər Camalov APA-ya açıqlamasında sərginin Azərbaycan müdafiə sənayesi üçün uğurlu olduğunu vurğulayıb. Nazir sərgi çərçivəsində bir sıra ölkələrin müvafiq qurumları ilə ikitərəfli görüşlər keçirildiyini qeyd edib. Ötən gün Türkiyə Müdafiə Sənayesi Katibliyi ilə MSN arasında imzalanmış protokol barədə məlumat verən Y.Camalov bildirib ki, müqavilə MKE ilə Azərbaycanda MP-5 tipli tapança-pulemyotun, “Otokar” şirkəti ilə «Cobra» tipli zirehli transportyorların yığılması və gələcəkdə istehsalı, həmçinin ROKETSAN şirkəti ilə 11 km mənzilli 107 mm çaplı raketlərin Azərbaycanda istehsalını nəzərdə tutur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR