Göygöldə Gənclər Mərkəzinin açılışı olub - FOTO - VİDEO

Göygöldə Gənclər Mərkəzinin açılışı olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 26 dekabr 2013 15:03 (UTC +04:00)

Göygöl. Azər Məmmədli - APA. Göygöldə yeni tikilən gənclər mərkəzi istifadəyə verilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, gənclər və idman naziri Azad Rəhimov, bölgədən seçilən millət vəkilləri, ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər. Nazir çıxışında dövlətin gənc nəslə qayğısından söhbət açıb və ölkədə aparılan gənclər siyasətinin Azərbaycanın daha işıqlı gələcəyinin təminatı olduğu vurğulanıb. Qırmızı lent kəsildikdən sonra Mərkəzə baxış keçirilib və qonaqlar burada gənclər üçün yaradılan imkanlarla tanış olublar. Gənclər Mərkəzində gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün bütün şərait yaradılıb. Burada kompüter otaqları, xarici dillərin öyrənilməsi üçün linqafon kabinələri, karaoke guşəsi və böyük akt salonu yaradılıb. Nazir daha sonra Göygöl Uşaq Əyləncə Mərkəzinin açılışında da iştirak edib. Müasir tələblərə cavab verən mərkəzdə uşaqların əyləncəsi üçün gözəl şərait yaradılıb. Kafelər və oyun otaqları həmçinin uşaqların valideynləri üçün istirahət məkanları da yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR