Azərbaycan prezidenti Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb

Azərbaycan prezidenti Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb
# 06 dekabr 2013 15:54 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev “Abşeron rayonunun Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən 90 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR