«Amrahbank»ın mənfəəti kəskin artıb

«Amrahbank»ın mənfəəti kəskin artıb
# 03 oktyabr 2013 08:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC 2013-cü ilin III rübünü 4,4 mln. manat mənfəətlə başa vurub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat rübündə «Amrahbank»ın mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artıb.

Qeyd edək ki, «Amrahbank» həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir. Hazırda bankın 20 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxt Bakı ilə yanaşı Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionları da əhatə edir.

Bəhreyndə fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən «Amrahbank»ın strateji səhmdarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR