XİN: Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməyə və şikəst etməyə davam edir

XİN: Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməyə və şikəst etməyə davam edir
# 28 may 2024 13:45 (UTC +04:00)

"Ermənistanın yerləşdirdiyi minalar bu yaxınlarda işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıları öldürməyə və şikəst etməyə davam edir".

APA xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımında yer alıb.

“Bu gün Sırxavənd kəndində minanın partlaması nəticəsində 27 yaşlı işçi ağır xəsarət alıb, ayağı amputasiya edilib.

Geniş səylərə baxmayaraq, Ermənistanın minaların yerləşdiyi yerləri əks etdirən dəqiq xəritələri təhvil verməkdən imtina etməsi səbəbindən minatəmizləmə əməliyyatları bir çox problemlərlə üzləşir.

Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması üçün səylərini səfərbər etməlidir!” - paylaşımda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR