Gürcüstanın səfirliyi Azərbaycanın Müstəqillik Gününü təbrik edib

Gürcüstanın səfirliyi Azərbaycanın Müstəqillik Gününü təbrik edib
# 28 may 2024 15:16 (UTC +04:00)

Gürcüstanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Dövlət Müstəqilliyinin 106-cı ildönümü münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, səfirliyin “Facebook” hesabındakı təbrikdə deyilir:

“Gürcüstan Səfirliyi dost və qardaş Azərbaycan Respublikasını və xalqını Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, sülh, firavanlıq və uğurlar arzulayır!

Ölkələrimiz arasında əsrlər boyu qurulmuş mehriban qonşuluq və dostluq münasibətləri, strateji tərəfdaşlıq Gürcüstan üçün çox dəyərlidir.

Gürcüstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq və sıx əlaqələr iki ölkə xalqının rifahı naminə bundan sonra da uğurla inkişaf edəcəkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR