Azərbaycanda ümumi təhsil sisteminə aid olan islahatların prioritetləri açıqlanacaq

Azərbaycanda ümumi təhsil sisteminə aid olan islahatların prioritetləri açıqlanacaq
# 04 dekabr 2013 11:15 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətləri ilə görüşdə deyib. Nazir bildirib ki, hər il təhsilin müxtəlif təhsil pillələrində qarşıda duran prioritetlərin cəmiyyətə açıqlanması qərara alınıb. Bunun üçün bir neçə məqsədin olduğunu deyən M.Cabbarovun sözlərinə görə, məqsədlərin çoxluğu onların səmərəliliyinə və əldə olunmasına kömək edən faktor deyil: “Biz həqiqətən istəyirik ki, bir ildə 30 istiqamət üzrə islahat getsin. Ancaq reallıq ondan ibarətdir ki, bir ildə 30 istiqamət üzrə faydalı islahat həyata keçirmək mümkün deyil. Bu baxımdan Azərbaycanda ümumi təhsil sisteminə aid olan islahatların prioritetləri növbəti həftələrdə açıqlanacaq. Bu proses təhsilin bütün pillələrini əhatə edəcək”.

M. Cabbarov qeyd edib ki, nazirlik məktəblərin idarə edilməsində valideynlərin rolunun artırılmasını mühüm hədəf kimi görülür. Onun sözlərinə görə, bu yalnız təhsil sistemində valideynlərin iştirakına olan ehtiyacdan irəli gəlmir: “Digər faktor ondan ibarətdir ki, hələ də cəmiyyətdə valideynlər tərəfindən iki məsələ reallıqdan fərqli şəkildə görünür. Təhsil sistemində olan real və obyektiv problemlərlə bağlı valideynləri maarifləndirmə sahəsində müəyyən problemlər var. Valideynlərin təhsil sistemində daha fəal iştirakını təmin etməklə bu çatışmazlığı aradan qaldırmaq niyyətindəyik”.

Nazir vurğulayıb ki, bu gün ali məktəblərdə təhsilin idarə edilməsi fakültəsi yoxdur: “Bu o deməkdir ki, biz təhsilin idarə edilməsini ayrıca bilik və bacarıqlar tələb edən peşə kimi tanımırıq. “Hər bir müəllim idarəedici ola bilərmi” sualı səslənə bilər. Bu gün Azərbaycanda 4500 orta məktəb var. Başqa sözlə, bu gün orta sistemində 4500 təhsil menecerinə ehtiyacımız var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR