Saakaşvilinin partiyası Gürcüstanın baş naziri vəzifəsinə irəli sürülən namizədi mənfi qiymətləndirir

Saakaşvilinin partiyası Gürcüstanın baş naziri vəzifəsinə irəli sürülən namizədi mənfi qiymətləndirir
# 02 noyabr 2013 20:30 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə parlament azlığının liderlərindən biri olan Zurab Caparidze bildirib.

Qeyd edək ki, Gürcüstanın baş naziri Bidzina İvanişvili bu gün hökumət başçısı postuna 31 yaşlı daxili işlər naziri İrakli Qaribaşvilinin namizədliyini irəli sürüb.

“Onun bank sektorunda iş təcrübəsi var, lakin bu o demək deyil ki, o ölkənin iqtisadi siyasətini idarə etmək təcrübəsinə malikdir. Bunlar tamam ayrı-ayrı məsələlərdir”, deyə Caparidze qeyd edib.

Siyasətçi həmçinin hökumət üzvlərinin və parlament əksəriyyətinin Qaribaşvilinin daxili işlər vəzifəsində uğurlu fəaliyyəti ilə bağlı bəyanatlarını da şərh edib. “Onun uğurlu nazir olmasına gəlincə isə, o qohumlarını DİN-in strukturlarında işlə təmin etdikdə mənim təsəvvürümə nepotizm (qohumpərəstlik-red) gəlir, ikincisi isə - mən küçələrdə polis reydlərini aparılmasını və vətəndaşlarımızın üzərinə əsassız baxışların keçirilməsini xatırlayıram. Məndə, bu nazirlə bağlı, əsasən, neqativ təsəvvür var”, deyə Caparidze bildirib.

Qeyd edək ki, Gürcüstan Konstitusiyasına əsasən, hazırkı hökumət noyabrın 17-nə təyin olunmuş yeni prezident Georgi Marqvelaşvilinin inauqurasiyası günü istefaya getməlidir. Bundan sonra Marqvelaşvili 7 gün ərzində İrakli Qaribaşvilinin namizədliyini ölkənin baş naziri vəzifəsinə təqdim edəcək. Qaribaşvili isə 7 gün ərzində Nazirlər Kabinetinin tərkibini müəyyənləşdirərək təsdiqlənməsi üçün parlamentə təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR