Kürdəmirdə maşın aşıb, ata və qızı ağır xəsarət alıb

Kürdəmirdə maşın aşıb, ata və qızı ağır xəsarət alıb
# 05 aprel 2014 11:04 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov - APA. Bakı-Qazax yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə yolun 182-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində qeydə alınıb.

Göyçayın Ləkçiplaq kənd sakini, 1956-cı il təvəllüdlü Səmədov Yaqub Səftər oğlunun idarə etdiyi “VAZ-21015” markalı minik maşını yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Yaqub Səmədov və 1987-ci il təvəllüdlü qızı Aygün Səmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR