Suraxanı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanıb

Suraxanı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanıb
# 01 aprel 2014 09:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Suraxanı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, SKMF tərəfindən Suraxanı rayonu üzrə sahibkarlıq subyektlərindən kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və satışı üzrə logistik mərkəzin, müasir ət kəsimi və emalı müəssisəsinin, müasir istixana kompleksinin, zeytunçuluq təsərrüfatlarının və toxuculuq müəssisəsinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR