Fövqəladə hallar nazirinin müavini: “Azərbaycanda suların idarə olunması sahəsində yeni konsepsiya hazırlanmalıdır”

Fövqəladə hallar nazirinin müavini: “Azərbaycanda suların idarə olunması sahəsində yeni konsepsiya hazırlanmalıdır”
# 21 may 2014 07:30 (UTC +04:00)

APA-nın xəbərinə görə, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” adlı layihə üzrə keçirilən hesabat seminarında çıxışı zamanı bildirib ki, bu günə qədər aparılan müvafiq tədqiqat və araşdırmalar göstərir ki, xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan əhali, onların mülkləri və təsərrüfatı sel və daşqınlara və onların vurduğu ziyana məruz qalmaq riski ilə qarşı-qarşıya qalıb. O deyib ki, artan təhlükələrin qarşısını almaq, eyni zamanda, əhalinin daşqınlara, su çatışmazlığına davamlılığını gücləndirmək üçün iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma zərurəti yaranıb. Nazir müavini qeyd edib ki, su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə Böyük Qafqazın cənub yamacında yaşayan əhalinin su çatışmazlığı, sel və daşqın təhlükələrinə qarşı dayanıqlığı artıb: “Layihədə görülməsi nəzərdə tutulan işlərin müvafiq qanunvericilikdə öz əksini tapması, bir çox təşkilati tədbirlərin gücləndirilməsi və əhalinin maarifləndirilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hesab edirik ki, qarşıda duran məqsədlərə nail olmaq üçün suların idarəçiliyi sektorunda fəaliyyət göstərən təşkilatlarla birgə suların idarə olunması sahəsində yeni konsepsiya hazırlanmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR