Həştərxanda Rusiyanın Xəzəryanı ölkələrdəki səfirlərinin müşavirəsi keçirilib

Həştərxanda Rusiyanın Xəzəryanı ölkələrdəki səfirlərinin müşavirəsi keçirilib
# 16 may 2013 10:30 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Həştərxanda Rusiya Xarici İşlər Nazirliyinin ölkənin Xəzər regionundakı siyasətinin həyata keçirilməsinə həsr olunmuş toplantısı keçirilib. APA-nın xəbərinə görə, nazir müavini Qriqori Karasinin sədrliyi ilə keçirilən iclasda XİN-in departament rəhbərləri və Rusiyanın Xəzəryanı ölkələrdəki səfirləri iştirak edib.

Yığıncaqda çıxış edən Həştərxan vilayət hökumətinin sədri Konstantin Markelov vilayətin Azərbaycanla əməkdaşlığından danışıb. O bildirib ki, Azərbaycan vilayət mərkəzində knyaz Vladimirin abidəsini ucaldacaq və Həştərxanın 455 illiyində abidənin açılışı olacaq. K. Markelov bu il Bakıda Azərbaycan-Həştərxan dostluğuna aid abidənin açılışının planlaşdırıldığını da söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR